Modern.az

İlk dəfə meymunda koronavirus aşkarlandı

İlk dəfə meymunda koronavirus aşkarlandı

Aktual

12 Yanvar 2021, 15:00

ABŞ-ın Kaliforniya ştatındakı San- Dieqo Safari Parkında 2 qorilla üzərində aparılan koronavirus testinin müsbət nəticələndiyi açıqlanıb. 

 

Modern.az xəbər verir ki, 6 yanvarda heyvanlar öskürməyə başladıqdan sonra Kaliforniya Heyvan Sağlamlığı və Qida Təhlükəsizliyi Laboratoriya Sistemi (CAHFS) tərəfindən “COVID-19” testi götürülüb.

 

Qorillalardan alınan nümunələr ABŞ Kənd Təsərrüfatı Nazirliyinə (USDA) bağlı Milli Baytarlıq Xidmətləri Laboratoriyalarına (NVSL) göndərilib.

 

8 yanvarda aparılan ilkin testlər nəticəsində məlum olub ki, ilk dəfə olaraq qorillalar koronavirusa yoluxub.

 

Hətta onlarda koronavirusun mutasiyaya uğramış yeni növü “SARS-CoV-2 2” də ortaya çıxıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV