Modern.az

Gürcüstandan 250 vətəndaşımız ölkəyə təxliyə olunur

Gürcüstandan 250 vətəndaşımız ölkəyə təxliyə olunur

Aktual

15 Yanvar 2021, 10:54

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilir.

 

Modern.az-ın məlumatına görə, koronavirus testləri neqativ çıxan Azərbaycan vətəndaşlarının bu gün ölkəyə taxliyəsi həyata keçirilir. Hazırda həmin şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşıb. Burada onlar rəsmi şəxslərin müşayiəti ilə ölkəyə keçəcəklər.

 

Azərbaycana keçən şəxslərin bir gün ərzində ünvanlarına çatmaq üçün sərbəst hərəkət etmə imkanı da yaradılır.

 

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstandan 2000 nəfərədək Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV