Modern.az

Şəmkirdə istirahət mərkəzində yanğın

Şəmkirdə istirahət mərkəzində yanğın

Aktual

15 Yanvar 2021, 23:11

Şəmkir rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları 20 m² sahədə və içərisində həcmi 40 litr olan 1 ədəd məişət qaz balonu yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, tikilinin qalan hissəsi və hər birinin həcmi 40 litr olan 5 ədəd məişət qaz balonu yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı