Modern.az

Anasının ölümündən bir ay sonra şəhid xəbəri gəldi - FOTO

Anasının ölümündən bir ay sonra şəhid xəbəri gəldi - FOTO

Aktual

16 Yanvar 2021, 00:14

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

 

Modern.az xəbər verir ki, söhbət Səfərbərlik Xidmətinin çağırışı ilə döyüşə yollanan Hüseynov Orxan Ələkbər oğlundan gedir.

Sonuncu dəfə oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayan Orxan, Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 25 yaşlı şəhidimiz bu gün Balakənin Hənifə kəndində, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

 

Qeyd edək ki, Orxanın atası Ələkbər Hüseynov bir neçə il öncə vəfat edib. Şəhidimizin anası Sevda Hüseynova isə oğlunun itkin kimi axtarıldığı ərəfədə, 2020-ci ilin dekabrında dünyasını dəyişib. Orxan evin kiçik oğlu olub, subay idi. Bir bacısı, bir qardaşı var (qafqazinfo).

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı