Modern.az

İranda 5,5 bal gücündə zəlzələ olub

İranda 5,5 bal gücündə zəlzələ olub

Aktual

16 Yanvar 2021, 10:03

İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb. Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanları Bakı vaxtı ilə saat 01:31-də qeydə alınıb. Onun ocağı 19 kilometr dərinlikdə, episentri isə Hormozqan vilayətində yerləşib.

 

Eyni zamanda, ABŞ-ın Geoloji Araşdırmalar Xİdməti və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin ocağının 8-10 kilometr dərinlikdə olduğunu qeyd edib.

Zəlzələ nəticəsində dağıntılar və tələfat barədə məlumat verilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı