Modern.az

İsmayıllı sakinlərindən qanunsuz silahlar götürüldü

İsmayıllı sakinlərindən qanunsuz silahlar götürüldü

Aktual

16 Yanvar 2021, 16:07

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Qaraqaya kənd sakini A.Babayevdən “İJ”, həmkəndlisi V.Abbasovdan “Toz”, Buynuz kənd sakini E.Babayevdən və Diyallı kəndində yaşayan O.Baxışovdan “İJ” markalı qanunsuz saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

 

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı