Rusiyanın Xarici İşlər Nazirliyi Almaniyanı II Dünya Müharibəsi dövründə Leninqradda (Sankt-Peterburq) mühasirədə qalanların hamısına humanitar ödəniş etməyə çağırıb.
Modern.az xəbər verir ki, nazirliyin saytında yerləşdirilən müraciətdə Leninqradın azad olunmasının ildönümündə Almaniyaya milliyyətindən asılı olmayaraq, mühasurədə qalmış hər bir kəsə humanitar ödəniş etməsi ilə bağlı qərar vermək təklifi edilib.
“Əminik ki, belə bir addım rusların və almanların müharibədən sonra misilsiz barışığı kontekstində böyük simvolik məna kəsb edəcək və Leninqradın blokadasında qalanların hamısı tərəfindən layiqincə qiymətləndiriləcək”, -deyə müraciətdə bildirilir.