Modern.az

Bayden Trampın müsəlmanlarla bağlı qadağasını ləğv edəcək

Bayden Trampın müsəlmanlarla bağlı qadağasını ləğv edəcək

Aktual

18 Yanvar 2021, 14:55

ABŞ-ın yeni prezidenti Co Bayden vəzifəyə gəldiyi ilk gündən Donald Trampın bir sıra qərarlarını ləğv edəcək, sərəncamlar imzalayacaq. Bu qərarlardan biri müsəlmanların üstünlük təşkil etdiyi ölkələrə gedişlə bağlı qalmaqallı qadağanın götürülməsidir.

Modern.az-ın məlumatına görə, Bayden həmçinin ABŞ-ın Paris İqlim Sazişinə qayıtmasını, koronavirus pandemiyası ilə əlaqədar ölkədə və ölkələrarası səfərlər zamanı məcburi maska taxılmasını, məhdidiyyətlərin artırılmasını nəzərdə tututb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV