Misir hökuməti Qahirədən cənubda, Sakkara nekropolunun ərazisində yeni tapıntıların aşkar olumsaı haqqında məlumat verib.
Modern.az xəbər verir ki, arxeoloji tapıntılar arasında qədim dəfn məbədi və 50-dən çox sarkofaq var. Taxta məqbərələr eramızdan əvvəl XVI-XI əsrləri əhatə edən Yeni Çarlıq dövrünə aiddirlər. Dəfn məbədi firon Tetinin arvadı məlikə Neytin şərəfinə salınıb. Tapıntılar firon Tetinin dəfn olnduğu piramidanın yaxınlığında aşkarlanıb.