Modern.az

Ötən il ümumi daxili məhsul istehsalı azalıb

Ötən il ümumi daxili məhsul istehsalı azalıb

Aktual

18 Yanvar 2021, 15:58

2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, neft-qaz sektorunda isə 7,0 faiz azalıb.

 

ÜDM istehsalının 33,7 faizi sənaye, 11,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi tikinti, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 7262,8 manata bərabər olub.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV