Modern.az

Prezident Gömrük Komitəsinin əsasnaməsini dəyişdirdi

Prezident Gömrük Komitəsinin əsasnaməsini dəyişdirdi

Aktual

19 Yanvar 2021, 16:15

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 95-ci və 124-cü maddələri aşağıdakı redaksiyada verilir:

 

“95. Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənir.”;

 

“124. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət verilir və bu məbləğdən vergi tutulmur.”.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV