Modern.az

Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Aktual

19 Yanvar 2021, 16:46

Ağdamın "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov vəzifəsindən ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə Nurlan İbrahimov özü bildirib.

N.İbrahimov 15 ildir çalışdığı klubdan həmişəlik ayrıldığını deyib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Nurlan İbrahimov Facebook sosial şəbəkəsində ermənilərlə bağlı çağırış yszdığına görə UEFA tərəfindən futboldan ömürlük kənarlaşdırılıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV