Modern.az

Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır

Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır

Aktual

21 Yanvar 2021, 20:38

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qazaxıstan tərəfindən Azərbaycan pomidor məhsullarına tətbiq olunan məhdudiyyətlə bağlı açıqlama yayıb.

 

AQTA-dan Modern.az-a verilən məlumatda Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı bildirilib ki, ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı cari ilin 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub.

 

Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!