Modern.az

Azad Rəhimov komaya düşüb?

Azad Rəhimov komaya düşüb?

Aktual

22 Yanvar 2021, 22:56

Gənclər və idman naziri Azad Rəhimov komaya düşüb.

 

Modern.az "Unikal.org"a istinadla xəbər verir ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

 

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə "Qafqazinfo"ya açıqlamasında "yalandır" deməklə kifayətlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi