Modern.az

Komaya düşdüyü bildirilən nazirin ailəsindən açıqlama

Komaya düşdüyü bildirilən nazirin ailəsindən açıqlama

Aktual

22 Yanvar 2021, 23:33

Gənclər və idman naziri Azad Rəhimovun komaya düşməsilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

Modern.az xəbər verir ki, bu barədə "Trend"ə Azad Rəhimovun ailəsindən bildiriblər.

 

Qeyd edək ki, "Unikal.org" saytının yaydığı məlumata görə, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. "O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb. Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir", - deyə sayt yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!