Modern.az

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

Aktual

22 Yanvar 2021, 23:54

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Cavad Xan qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Abdullayev Rəhim İsrail oğlu yolu keçmək istəyən zaman minik maşını onu vurub.

 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi