Modern.az

Zelenski Ukraynada matəm elan etdi

Zelenski Ukraynada matəm elan etdi

Aktual

23 Yanvar 2021, 00:36

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkovda qocalar evində baş vermiş yanğında 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə milli matəmin elan edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sənəd dövlət başçısının saytında yayılıb.

 

"21 yanvar 2021-ci ildə Xarkov şəhərindəki qocalar evində baş verən və insan tələfatına səbəb olan yanğın faciəsi ilə əlaqədar olaraq, ölənlərin xatirəsini ehtiramla yad etmək üçün qərar alıram: 23 yanvar, 2021-ci ildə Ukraynada matəm günü elan olunsun", - deyə fərmanda yazılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV