Modern.az

Samuxda yanğın - iki nəfər xəstəxanaya yerləşdirildi

Samuxda yanğın - iki nəfər xəstəxanaya yerləşdirildi

Aktual

23 Yanvar 2021, 00:49

Samuxda yanğın hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

 

Kənd sakini Qurbanov Eldara məxsus tövlədə anidən yanğın başlayıb. Yanğın zamanı tövlədə olan ev quşları yanaraq tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğını söndürməyə gələn kənd sakinləri - 1988-ci il təvəllüdlü Qurbanov Rüfət Eldar oğlu və 1998-ci il təvəllüdlü Bayramov Xəyal Xeyrəddin oğlu tüstüdən zəhərləniblər. 

Kənd sakinləri xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma  olub.

Hadisənin başvermə səbəbləri araşdırılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV