Modern.az

Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST

Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST

Aktual

23 Yanvar 2021, 09:03

Koronavirus hətta uzunmüddətli saxlama zamanı da dondurulmuş qida paketlərinin üstündə qala bilər.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat verib.

 

"Son araşdırmalar və hesabatlarda vurğulanır ki, virus dondurulma və soyuq saxlama şəraitində uzun müddət yaşaya və qablaşdırmadan insanlara keçə bilər", - qurumun sənədində deyilir.

 

Bildirilir ki, tövsiyələr istehlakçılar üçün riski minimum olaraq qiymətləndirir, lakin nadir hallarda qidanın istehsal edildiyi müddətdə virusla çirklənə, beynəlxalq nəqliyyat zamanı paketlərdə qala biləcəyini diqqətə çatdırır".

 

Qeyd edilir ki, tövsiyələrə dair sənədin verisyası üzərində ÜST nümayəndələri tərəfindən iş davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV