Modern.az

Qənirə Paşayeva Milli Qəhrəman anası ilə görüşdü

Qənirə Paşayeva Milli Qəhrəman anası ilə görüşdü

Aktual

23 Yanvar 2021, 23:09

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Qəhrəman Samir Xasıyevin (Silahlı Qüvvələrin leytenantı; 1973-1995) anası Gözəl xanım Xasıyeva ilə parlamentdə görüşüb.

 

Modern.az xəbər verir ki, Q.Paşayeva "Samir Xasıyevin, bütün Milli Qəhrəmanlarımızın, Vətən, dövlət uğrunda şəhid olan qardaşlarımızın ruhu şaddır" deyərək, Qəhrəman anasını tarixi zəfər münasibəti ilə təbrik edib. 

 

Komitə sədri Milli Qəhrəman haqqında vaxtı ilə çəkilmiş filmin tamaşaçılar tərəfindən maraq və sevgi ilə qarşılandığını xatırladaraq, onun haqqında kitab yazılması təşəbbüsü ilə çıxış edib.

 

Milli Qəhrəmanın anası səmimi görüş və 21 yaşında həlak olmuş oğlu haqqında kitab yazılması təşəbbüsünə görə Q.Paşayevaya təşəkkür edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV