Modern.az

Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək - RƏSMİ

Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək - RƏSMİ

Aktual

27 Yanvar 2021, 11:46

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Nigeriya sahillərində piratlar tərəfindən öldürülən Fərman İsmayılovun nəşinin Azərbaycana gətirilməsi prosesindən danışıb.

 

Modern.az-ın məlumatına görə, o bildirib ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət edib:

 

“Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!