Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tap Qaraqoyunlu kəndində Vətən Müharibəsi Qazisi Həsənəliyev Qədim Ziyəddin oğlunu evində ziyarət edib, onun əlil arabasına olan ehtiyacını təmin edib.
Modern.az xəbər verir ki, icra başçısı ilə səmimi söhbəti zamanı qazimiz öz şərəfli döyüş yolundan danışıb. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, Qazimizi təbrik edən icra başçısı onun və ailəsinin problemləri ilə maraqlandı, Şəhid ailələri və Qazilərimizin Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.