Modern.az

Avtoxuliqanlıq edən avtobus sürücüsü bu şirkətin işçisiymiş

Avtoxuliqanlıq edən avtobus sürücüsü bu şirkətin işçisiymiş

Aktual

5 Fevral 2021, 08:30

Məlum olduğu kimi 4 fevral  axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, avtobusun təmsil etdiyi quruma məxsus olması barədə informasiyalar həqiqətə uyğun deyil:

 

"Avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 Dövlət Qeydiyyat Nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.

 

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb".

 

Onun sözlərinə görə, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV