Modern.az

Nazir Sadiq Gözəlovu işdən azad etdi

Nazir Sadiq Gözəlovu işdən azad etdi

Aktual

15 Fevral 2021, 10:00

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, ehtiyatda olan polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə S.Gözəlov tutduğu vəzifədən azad edilib.

 

Xatırladaq ki, S.Gözəlov uzun müddət Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb və o, 2017-ci ildə təqaüdə göndərilib. Həmin vaxtdan polis polkovniki Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru mülki vəzifəsin təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV