Modern.az

Baş və əzələ ağrıları, qızdırma vaksinin əks təsirləri deyil - TƏBİB

Baş və əzələ ağrıları, qızdırma vaksinin əks təsirləri deyil - TƏBİB

Aktual

16 Fevral 2021, 09:18

TƏBİB koronavirus əleyhinə vaksinin mümkün əlavə təsirləri ilə bağlı sualı cavablandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində məlumat verilib. 

 

Bildirilir ki, əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

 

Vaksin istehsal edən şirkət tərəfindən yalnız peyvəndin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

 

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır.

 

Fevralın 2-dən isə vaksinasiyanın 2-ci mərhələsinə start verilib. Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV