Modern.az

Yük maşını aşdı - prospekt bağlandı

Yük maşını aşdı - prospekt bağlandı

Aktual

17 Mart 2021, 10:11

Biləcəri dairəsi yaxınlığında yük avtomobili aşdığından Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a veridiyi məlumata görə, avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir:

 

“Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

 

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?