Modern.az

“Britaniya ştammı sürətlə yayılır” - Yaqut Qarayeva

“Britaniya ştammı sürətlə yayılır” - Yaqut Qarayeva

Aktual

19 Mart 2021, 16:12

"Biz həkimlər olaraq, tibbi cəhətdən dalğa sözünü işlətməkdən çəkinirik. Amma statiatika yumşalmalara getdikcə yoluxmanın dalğavari artdığını göstərir".

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva iştirak edir.

 

Y.Qarayevanın sözlərinə görə, ən çox yoluxma yenə də Bakıdadır:

 

"Bakıda isə Binəqədi, Xətai, Yasamal yoluxma sayına görə öndədir".

 

TƏBİB rəsmisi əlavə edib ki, virusun mutasiyaya uğraması təbii prosesdir:

 

"COVID-19 virusu da mutasiyaya uğradıqca "Britaniya" ştammı yaranıb. Onun əsas özəlliyi sürətlə yayılmasıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi