Modern.az

Bu il Bakıya daha 320 avtobus gətiriləcək

Bu il Bakıya daha 320 avtobus gətiriləcək

Aktual

20 Mart 2021, 15:00

"Bu il daha 320 avtobusun Bakı şəhərinə gətirilməsi planlaşdırılır".

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

 

V.Kərimlinin sözlərinə görə, bu avtobuslar Bakıətrafı qəsəbələr və digər qəsəbələrdə işləyəcək.

 

BNA sədri əlavə edib ki, 2016-cu ildə ictimai nəqliyyatda 701 milyon sərnişin səfər etmişdisə, 2019-cu ildə  bu rəqəm  801 milyona qalxıb:

"Bu da avtobusların dəyişməsi,  nəqliyyat infrastruktura dövlət tərəfindən qoyulan investisiyalar nəticəsində olub. Bütün bunlar əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırır. Bakı şəhərində yol infrastukrutunda da son 5 ildə böyük dəyişiklər olub".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?