Modern.az

Azərbaycandakı meşə yanğınlarının səbəbləri açıqlandı

Azərbaycandakı meşə yanğınlarının səbəbləri açıqlandı

Aktual

18 May 2021, 16:44

“Meşə yanğınları daha çox insan müdaxiləsindən baş verir. Siqaret çəkib kötüyünü yerə atmaq, şüşə əşyaların meşəyə yaxın ərazilərə atılması, piknik edildikdən sonra ocağın tam söndürülməməsi və s. səbəblərdən meşələrə ziyan dəyir”.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov danışıb. O qeyd edib ki, ölkə ərazisindəki meşələrdə təbii fəlakətlər zamanı baş verən yanğın faktları azlıq təşkil edir.

“Digər yanğınlar təbiət amilləri ilə bağlı ola bilər. Bunlar da ildırım çaxması, şimşək vurması nəticəsində əsasən meşələrin yüksək ərazilərində baş verə biləcək yanğınlardır. Amma bu yanğınlara respublikamızda çox təsadüfi hallarda rast gəlinir. Daha çox insan amilindən asılı olan yanğınlar olur.

Meşə yanğınları yeraltı, yerüstü və yuxarı yanğınlar olmaqla 3 hissədən ibarətdir. Yuxarı yanğınlar adətən iynəyarpaqlı ağacların yuxarı örtüyündə qocalmış yarpaqların tökülməsi nəticəsində isti vurma prosesində baş verir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV