"Şəhidlərə verilən orden və medalların ailələrə təqdim olunması gecikib".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat qeyd edib ki, əsasən seçildiyi Tovuz rayonunun sakinləri bu problemlə bağlı müraciət edirlər:
"Mən bu məsələnin həll olunmasını, Vətən Müharibəsi şəhidlərinə verilən orden və medalların şəhid ailələrinə təqdim edilməsinin tezləşdirilməsini xahiş edirəm".