Modern.az

Azərbaycanın ümumi dövlət borcu nə qədərdi...

Azərbaycanın ümumi dövlət borcu nə qədərdi...

Aktual

24 May 2021, 17:39

2020-ci ildə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16938,8 mln. manat olub.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, 2020-ci ildəki dövlət borcu ÜDM-ə nisbətdə 23,4%-ə bərabər olub, adambaşına düşən borc isə manat ifadəsi ilə 1674,0 manat təşkil edib.

Ümumi dövlət borcu məbləğinin 14996,5 mln manatı (88,5%-i) xarici dövlət borcuna, 1942,3 mln manat isə (11,5%) daxili dövlət borcuna aid olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV