“Azərbaycanın parlamentarizm tarixində bəlkə də ən mühüm qanunu müzakirə edirik”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Şuşa şəhərinə mədəniyyət paytaxtı adının verilməsi haqqında qanunun müzakirəsi zamanı parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, Şuşa şəhərinin ekoloji qorunmasını da xüsusi təmin etmək lazımdır:
“Mən hesab edirə ki, bu qanunun qəbulundan sonra tətbiqi ilə bağlı konsepsiyalar hazırlanmalıdır. Biz bununla da kifayətlənməyərək, şuşalıların qayıdışı ilə bağlı Şuşanın məskunlaşması haqqında konsepsiya təqdim etməliyik. Şuşanın ekoloji təmizliyinə xüsusi nəzarət olmalıdır. Bu şəhəri tüstüsüz, siqaret çəkilməyən bir şəhərə çevirməliyik. Biz Şuşanı yenidən bərpa edəcəyik və Azərbaycana, dünya xalqına təqdim edəcəyik”.