2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında qərar verilib.
***
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, iclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər qatılıb.
Layihəni MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.