Modern.az

COVID pasportunun yoxlanılması ASANlaşdı

COVID pasportunun yoxlanılması ASANlaşdı

Aktual

26 İyul 2021, 15:20

"ASAN xidmət" tərəfindən proqram təminatı hazırlanıb.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

 

Ş.Mövsümov deyib ki, proqram təminatı hesabına iri ticarət mərkəzləri və digər obyektlərdə sürətli yoxlama həyata keçiriləcək:

 

Onun sözlərinə görə, detallar barədə "ASAN xidmət" tərəfindən brifinq keçiriləcək.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?