Modern.az

Gürcüstanda virusa yoluxanların yeni sayı 

Gürcüstanda virusa yoluxanların yeni sayı 

Aktual

10 Oktyabr 2021, 11:29

Ölkədə koronavirusa yoluxma sayında ötən günlə müqaisədə bu gün azalma müşahidə olunub.

 

Modern.az Gürcüstan Operativ Qərargahına istinadla xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 2 490 yeni yoluxma qeydə alınıb.

 

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 056 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 634 053 nəfərə çatıb. Onlardan 600 524 nəfəri isə tam olaraq sağalıb.

 

Bu gün virusdan 25 nəfərin ölməsi ilə bərabər ümumilikdə 9 246 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 68, stasionar nəzarətdə 4 328 nəfər var. 672 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 2 844 yoluxma halı qeydə alınmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV