Modern.az

İsraildə 2 avtobus toqquşdu: yaralılar var

İsraildə 2 avtobus toqquşdu: yaralılar var

Aktual

10 Oktyabr 2021, 14:09

İsrailin mərkəzində ödənişli yolda iki avtobus toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə "Kan" kanalı məlumat yayıb.

 

Toqquşma zamanı azı 33 nəfər yaralanıb.

 

Zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, bu, İsraildə son həftə ərzində ikinci ağır avtobus qəzasıdır. Sentyabrın 29-da ölkənin şimalında 89-cu magistralda avtobusla iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!