Azərbaycanın Xarici İşlər Nazirliyi Tatarstan Respublikasında təyyarə qəzası nəticəsində insanların həlak olması ilə əlaqədar Rusiyaya başsağlığı verib.
Modern.az xəbər verir ki, Tvitterdə paylaşılan başsağlığında deyilir:
"Tatarıstan Respublikasında paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk".
Qeyd edək ki, Tatarıstanda təyyarə qəzası nəticəsində 15 nəfər ölüb, 7 nəfər yaralanıb.