Modern.az

Keçmiş məhkum bu dəfə "patı"ya görə qandallandı

Keçmiş məhkum bu dəfə

Aktual

10 Oktyabr 2021, 15:34

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!