Modern.az

Ceyhun Bayramov Serbiyaya getdi

Ceyhun Bayramov Serbiyaya getdi

Aktual

10 Oktyabr 2021, 17:12

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədilə Belqrad şəhərinə yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin, Serbiyanın xarici işlər naziri və digər rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?