Modern.az

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirildi - FOTO

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirildi - FOTO

Aktual

11 Oktyabr 2021, 10:50

Gürcüstanın Azərbaycandakı səfirliyində matəm günü ilə əlaqədar bayraq endirilib.

 

Modern.az-ın xəbərinə görə, səfirlikdə Batumidə yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində həlak olanların xatirəsi yad edilib.

 

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze həlak olanların yaxınlarına başsağlığı verib, Azərbaycan hökumətinə və xalqına Gürcüstana göstərdikləri dəstəyə görə təşəkkür edib.

“Bu faciə bütün Gürcüstanı kədərləndirdi. Gürcüstan üçün bu çətin günlərdə bizə başsağlığı verən və bizim kədərimizi paylaşan hər kəsə minnətdarıq. Azərbaycan Respublikasının rəsmilərinə və sıravi vətəndaşlarına göstərdikləri dəstəyə və bizim kədərimizi paylaşdıqlarına görə təşəkkür edirəm”, - diplomat vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı