Modern.az

Bu izah qanun layihəsini qəbul etməyə kifayətdir

Bu izah qanun layihəsini qəbul etməyə kifayətdir

Aktual

11 Oktyabr 2021, 12:42

“Bu gün müzakirəyə təqdim olunan qanun layihəsi həm dövlətçilik tariximizin keçmişi, həm də bundan sonrakı gələcəyilə bağlı olduqca əhəmiyyətlidir. Ona görə ki, dövlətçilik tariximizlə bağlı əlamətdar günlər və onun necə adlandırılması milli tarixi yaddaşımızın düzgün əsaslarda formalaşması, gələcək nəsillərə də düzgün ötürülməsini zəruri edir. Ona görə də biz 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə qanun layihəsinin müzakirə edərkən bir sıra mühüm nüanslara diqqətlə nəzər yetirməli, bu dəyişikliyi zəruri edən şərtləri də əsaslandırılmış şəkildə şərh etməliyik”.

 

Modern.az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu parlamentin iclasında bildirib.

 

 

H.Babaoğlu qeyd edib ki, təqdim olunan qanun layihəsi hüquqi, siyasi baxımdan olduğu kimi, dil, üslub və terminalogiya baxımından da Azərbaycan dilinin qanunauyğunluqlarına adekvat şəkildə düzgün şərh edilməlidir:

 

“Qanun layihəsində əks olunan dəyişikliyin hüquqi tərəflərilə bağlı layihənin giriş hissəsində xüsusi şərh verilib. Bu kifayət qədər əsaslandırılmış və obyektiv şərhdir. Biz 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdik. Əsl müstəqillik tariximiz isə 1918-ci ildən başlayır. Bunlar isə tamamilə fərqli şeylərdir, çünki birinci halda müstəqillik tariximiz təqribən 30 illik, ikinci halda isə103 illik keçmişlə əlaqələndirilmiş olur. Əslində yeni qanun layihəsini olduğu kimi qəbul etmək üçün elə bu izahat kifayətdir”.

 

 

Deputat deyib ki, Ali Baş Komandan 7 iyulda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaratmaqla süni bölgüləri silib:

“Müstəqil Azərbaycanın suverenliyini bərpa edib. Belə olan halda biz hazırkı çağırışları düzgün qiymətləndirməklə, tarixi günlərimizin düzgün, dəqiq və məzmunlu ifadə olunması üçün əlamətdar günlərimizi də düzgün adlandırmalıyıq. Mən bu qanun layihəsinə böyük məmnuniyyətlə səs verəcəm. Bu vacib layihəni təqdim edən qanunvericilik subyektinə və onun hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı