Modern.az

Şəhidimiz sabah dəfn olunacaq - FOTO

Şəhidimiz sabah dəfn olunacaq - FOTO

Aktual

14 Oktyabr 2021, 22:40

Xəbər verdiyimiz kimi, bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

 

Modern.az xəbər verir ki, şəhidimiz Goranboy rayonunun Borsunlu kəndindəndir.

 

O, sabah doğulduğu kənddə torpağa tapşırılacaq.

 

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Əfqan Həmzəyev evin tək oğlu olub. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı