Bu ilin 4 Aprel və 11 İyul tarixlərində iki ümumi seçkidən sonra hökumət qura bilmədikləri üçün Bolqarıstanda 14 Noyabrda president seçkiləri keçiriləcək.
Bolqarıstanda bir ay davam edəcək seçki kampaniyası sabah başlayacaq.
Ölkənin Mərkəzi Seçki Komissiyasından Modern.az-a verilən məlumata görə, 6 milyon 708 min 189 seçici qeydə alınan ölkədə 14 siyasi partiya və 7 koalisiya seçkiyə qatılacaq.
Seçki kampaniyası noyabrın 12 -də başa çatacaq. Noyabrın 14 -də keçiriləcək prezident seçkilərində qəti bir nəticə olmadıqda, ikinci tur 21 noyabrda keçiriləcək.
Türkəsilli siyasətçi Karadayı da prezidentliyə namizəddir.
Bir milyona yaxın türkün yaşadığı Bolqarıstanda MRF Başçısı Karadayı prezidentliyə, partiyanın Avropa Parlamentinin (AP) millət vəkillərindən İskra Mihaylova isə vitse -prezidentliyə namizəddir.
Paytaxt Sofiyada Milli və Beynəlxalq İqtisad Universitetindən məzun olan 51 yaşındakı Karadayı 1991-ci ildə HÖH partiyasının gənclik qolu olan Akademik Dərnəyin qurucusu olaraq siyasətə girdi.
2013-cü ildə Bolqarıstan parlamentinə millət vəkili seçilən Karadayı, 2015-ci ildə Lütvi Mestan partiyadan uzaqlaşdırıldıqdan sonra HÖH-nin 3 müvəqqəti həmsədrindən biri oldu.