Modern.az

Avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Aktual

15 Oktyabr 2021, 10:24

Oktyabrın 14-də saat 19 radələrində Balakən rayonunun Kortala kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə piyada hərəkətdə olan Kortala kənd sakini Qurban Kərimovu vurub. Nəticədə Q.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı