Modern.az

Daha 10 nəfər toylara görə cərimələndi

Daha 10 nəfər toylara görə cərimələndi

Aktual

15 Oktyabr 2021, 11:07

Oktyabrın 14-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a-a verilən məlumata görə, monitorinq 60 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 179 nəfər COVID-114 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı