Modern.az

Şəhidləri təhqir edən şəxsi döyənlər SAXLANILDI

Şəhidləri təhqir edən şəxsi döyənlər SAXLANILDI

Aktual

15 Oktyabr 2021, 12:10

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər yayılmışdı.



Modern.az xəbər verir ki, hadisə Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Elşad Hacıyev Modern.az-a bildirib ki, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


“Həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı