Modern.az

Əfqanıstanda məsciddə partlayış - 25 ölü, 20 yaralı

Əfqanıstanda məsciddə partlayış - 25 ölü, 20 yaralı

Aktual

15 Oktyabr 2021, 14:16

Əfqanıstanın Qəndəhar şəhərində məsciddə partlayış törədilib.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində azı 25 nəfər həlak olub. 20-dən çox şəxsin yaralandığı deyilir.

 

Partlayışın məsciddə cümə namazı zamanı törədildiyi bildirilib. Ölən sayının artacağı istisna olunmur.

 

Xatırladaq ki, ötən həftə Kunduz şəhərində məsciddə baş vermiş partlayış nəticəsində 50-dən çox şəxs həlak olmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı