Modern.az

İlham Əliyev - Zəfər və qəhrəmanlıq simvolu

İlham Əliyev - Zəfər və qəhrəmanlıq simvolu

Aktual

15 Oktyabr 2021, 15:10

 

Bu gün biz müstəqil, güclü və qüdrətli, qalib Azərbaycan haqqında bəhs ediriksə, bu reallıqların hər birində Heydər Əliyev imzasını görmüş oluruq.Məhz bu şərəfli missiya keçmişimizi özümüzə qaytardı, bu günümüzün uğur reallığını sübuta yetirdi sabahımızın növbəti qələbələrinin müjdəsini xalqımıza nəsib etdi.

 

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu dövlət başçımız cənab İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

 

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə dövlət başçısının potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.

 

Cənab İlham Əliyev prezident və siyasi lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir. Müasir dünyanın önəmli siyasi liderlərindən biri olan Azərbaycan prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.

 

2003-cü ildən böyük ümid və inamla xalqımızın arzusu və seçimi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin siması və siyasətində davam etdi. Olduqca məsuliyyətli və strateji hədəflərlə, məqsədyönlü konsepsiya və dövlətçilik quruluşu ilə başlanan uğurlu siyasət, Heydər Əliyev siyasi kursuna sadiqliklə bütün daxili və xarici siyasətin tam mərkəzində Azərbaycanın əbədi və əzəli torpaqlarının düşmən tapdağından azad olunması idi. “Xilaskarlıq salnaməmizin” müəllifləri Heydər Əliyev, İlham Əliyev - gələcək irsimiz və nəsillərimizə danışacağımız ən dəyərli uğur hekayəmiz!

 

Erməni təcavüzünə son qoymaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün danışıqlar prosesinə sadiq qalmaqla yanaşı, 2003-cü ildən bəri torpaqlarımızı işğaldan qurtarmaq üçün ordu quruculuğuna daim yüksək diqqət verən və bunun üçün vəsait əsirgəməyən prezident İlham Əliyevin sentyabrın 27-də düşmən həmləsinə qarşı genişmiqyaslı əks hücum əməliyyatına başlamaq üçün əmr verməsi otuz illik “təmas xəttini” darmadağın etdiyi kimi, “yenilməz erməni ordusu” mifini də dağıtdı. Azərbaycan xalqı tarixdə ilk dəfə itirdiyi torpaqları düşməndən azad etməyə başladı. 

 

Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz Ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edib, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarıb.

 

On səkkiz illik fəaliyyəti dövründə Prezident İlham Əliyevi dəstəkləyən Azərbaycan xalqı yenə də dərin inam, güvən və səmimi sevgi ilə öz Liderini dəstəkləyir. Xalqımız Prezident İlham Əliyevin mövqeyinin Azərbaycan xalqının mövqeyi olması faktını ölkə başçımıza verdiyi dəstəklə ifadə edir.

 

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

 

Aynurə Novruzova

Naftalan şəhər sakini

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı