Bu gün Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşdi. Türkiyənin Turizmin Tanıtım və İnkişafı Agentliyi - TGA-nın dəvəti ilə İstanbulda səfərdə olan azərbaycanlı jurnalistlər də bu möhtəşəm yarışı canlı izləmək imkanı qazandılar.
Modern.az xəbər verir ki, İstanbul Park avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında “Mercedes”in pilotu Valtteri Bottas birinci oldu. İlk üçlükdə “Red Bull Racing”in pilotları Maks Ferstappen və Serxio Peres yer aldılar.
Türkiyədə keçirilən Formula 1 yarışları ilginc səhnələrə ev sahibliyi etmiş oldu. Belə ki, aramsız yağan yağış ucbatından F1 pilotları çox çətin anlar yaşadılar. Bu da onların bəzilərinin konsentrasiyasına mane oldu.
Lyuis Hamilton bir gün öncə sıralamada 1-ci yerə tutsa da, cəza almışdı və yarışa 11-ci yerdən başlamalı olmuşdu. O, 58 dövrə ərzində 11-dən 4-cü yerədək çıxmağı bacardı, amma sonadək bu mövqeyini qoruyub saxlaya bilmədi. 11-ci dövrənin sonunda 11-ci sıraya qədər yüksələn Sainz-lə yanaşı, çempionatın lideri Hamilton da rəqibləri Vettel, Tsunoda, Stroll ve Norrisi geridə qoyaraq 4-cü yerə qədər gəlməyi bacardı.
Yarışın ilk turlarında ön sıralarda elə də böyük bir dəyişiklik olmadı. Arxa sıralarda isə son sıradan start alan Ferrari pilotu Carlos Sainz Jr.-ın yüksəlişi diqqət çəkdi. 35-ci turda Hmilton rəqibi Peresi keçməyə çalışsa da, buna nail ola bilmədi. Sonda Lyuis Hamilton 5-ci, Leclerc 6-cı, Gasly ise 7-ci olaraq yarışı tamamladılar. Yarışa 1-ci olaraq başlayan Bottas isə bütün yarış boyunca yerini qorudu və nəhayət podiumun yuxarı nöqtəsində yer almağı bacardı.Valtteri Bottas mövsümdə birinci, karyerasında isə onuncu qələbəsini qazanmış oldu. Türkiyə Qran-Prisi Formula 1-in özəl məqamlarından biri də o oldu ki, əlverişsiz hava şəraitinə baxmadan, trekdə qəza baş vermədi və bütün pilotlar yarışı başa vurmağı bacarıblar.
Beləliklə, Formula 1 üzrə dünya çempionatının Avropa mərhələsinə yekun vurulub.
Pilotların siyahısına 262,5 xalla M.Ferstappen başçılıq edir. Lyuis Hamilton ("Mercedes") 256,5 xalla ikinci, V.Bottas isə 177 xalla üçüncü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Mercedes" 433,5 xalla birincidir. Hesabında 397,5 xal olan "Red Bull Racing" ikinci, "McLaren" isə 240 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti yarış iki həftə sonra ABŞ-da təşkil olunacaq.
Onu da qeyd edək ki, Formula 1 yarışlarını Türkiyənin rəsmi şəxsləri – Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Kənd təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu, Milli müdafiə naziri Hulusi Akar da canlı olaraq izləyiblər.
F.Əli, İstanbul