Milli Məclisin deputatı Jalə Əhmədova, “Biz sizə borcluyuq” kampaniyası çərçivəsində Qaradağ rayonunda yaşayan şəhid ailələrini ziyarət edib.
Modern.az xəbər verir ki, Vətənimizin işğaldan azad edilməsi uğrunda son damla qanına kimi vuruşaraq şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız Ataməli Musaoğlu, Məzdək Eyvazlı və Səməndər İsmayılzadənin ailə üzvləri ilə görüşüb, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib.
Deputat şəhidlərimizin yaxınlarının qayğıları ilə maraqlanıb, şəhid ailələrinin dövlətimizin diqqət və qayğısı ilə əhatə edildiyini, onların tək olmadığını vurğulayıb.
Torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri, cənab Prezident İlham Əliyevin şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi məqsədi ilə imzaladığı Fərman və Sərəncamları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdiyi mərhəmətini və qayğısını minnətdarlıqla qeyd ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.